Yüksək nəticə əldə edən təhsil ocaqları arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbi xüsusi fərqlənib Yüksək nəticə əldə edən təhsil ocaqları arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbi xüsusi fərqlənib
  • Mahal
  • 10 Sentyabr 2020 12:52
  •  3 364

Bərdəli məzunlardan 65 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən çox bal toplayıb

Yüksək nəticə əldə edən təhsil ocaqları arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbi xüsusi fərqlənib

Ali məktəblərə keçirilən qəbul imtahanlarında Bərdə rayonunun ümumtəhsil məktəblərinin məzunlarından 65 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən çox bal toplayıb.

AzNews.az-ın məlumatına görə, rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1247 məzundan 857 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 603 nəfəri tələbə olmaq hüququ qazanıb. Yüksək nəticə əldə edən təhsil ocaqları arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbi xüsusi fərqlənib. Belə ki, bu təhsil ocağının məzunlarından İlyas İlyaslı 685 bal, Vüsal Camalov isə 661 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstəriblər.