Məlumatı Baş Prokurorluq yayıb Məlumatı Baş Prokurorluq yayıb
  • Mahal
  • 13 Oktyabr 2020 13:00
  •  5 382

Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 42-yə çatdı

Məlumatı Baş Prokurorluq yayıb

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan AzNews.az-a verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb.

Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.