Gəncədə həlak olan mülki şəxslərin sayı 12-ə çatdı - YENİLƏNİB

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib".

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

03:05

"Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulmuşdur. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir".

AzNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilir.

image description image description image description image description