Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
  • Mahal
  • 7 Fevral 2021 10:43
  •  4 599

Ağdaşda ağır qəza - İki ölü, bir yaralı

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.