O, bu təyinata qədər BŞBPİ-də şöbə müdiri vəzifəsində çalışıb O, bu təyinata qədər BŞBPİ-də şöbə müdiri vəzifəsində çalışıb
  • Mahal
  • 23 Fevral 2021 16:45
  •  6 374

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

O, bu təyinata qədər BŞBPİ-də şöbə müdiri vəzifəsində çalışıb

Daxili işlər orqanlarında yeni təyinat olub.

AzNews.az xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.