• Mahal
  • 5 Mart 15:26
  •  2 316

Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

DİN məlumat yayıb

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.