• Mahal
  • 21 Aprel 22:19
  •  4 589

Əvvəl özünü su anbarına atdı, sonra qollarını doğradı - Mingəçevirdə günün dəhşəti yaşandı

Faktla bağlı araşdırma aparılır

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib.

Hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib.

1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb.

Daha sonra həmin şəxs kəsici alətlə qollarını doğrayıb.

Hadisə yerinə cəlb olunan həkim briqadası yaralıya yerində tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır./APA