FHN məlumat yayıb FHN məlumat yayıb
  • Mahal
  • 12 İyun 2021 09:55
  •  4 942

Qubada 85 yaşlı qadın yanaraq ölüb

FHN məlumat yayıb

Quba rayonunun Səbətlər kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.