Nişanlı idilər Nişanlı idilər
  • Mahal
  • 12 İyun 2022 20:01
  •  16 077

Toya hazırlaşırdılar, qəzaya düşdülər - ŞƏKİDƏ FACİƏ

Nişanlı idilər

Ötən gün Şəki şəhərində baş verən yol qəzasının təfərrüatları məlum olub.

Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub.

Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

AzNews.az