Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib
  • Mahal
  • 20 İyun 2022 14:04
  •  5 266

DGK sədri Biləsuvarda vətəndaşları qəbul edib

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

S. Mehdiyev qəbuldan öncə Biləsuvar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

image description image description