Avtomobil "Fiat" markalı imiş Avtomobil "Fiat" markalı imiş
  • Mahal
  • 17 İyul 2022 12:10
  •  39 196

Polislər olan maşın Kür çayına aşdı, ölən var - YENİLƏNİB

Avtomobil "Fiat" markalı imiş

Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

11:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

Bu barədə AzNews.az FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzNews.az