Hadisə nəticəsində xəsarət alan olmayıb Hadisə nəticəsində xəsarət alan olmayıb
  • Mahal
  • 28 Avqust 2022 18:30
  •  4 849

FHN-in yanğın söndürülməsinə cəlb olunan təyyarəsi qəza enişi edib

Hadisə nəticəsində xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.

Bu barədə Aznews.az FHN-ə istinadən xəbər verir.

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.