• Mahal
  • 30 Sentyabr 2023 09:12
  •  5 124

Gəncədə ikimərtəbəli obyekt və altında olan avtomobillər yanıb

Gəncə şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və 1-ci mərtəbəsində “VAZ” markalı 2 minik avtomobili yanıb.

Bu barədə Aznews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.