• Mahal
  • 22 Dekabr 2023 21:51
  •  7 914

Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var

Tovuz rayon Əbulbəyli kəndində yerli sakin bıçaqlanıb.

"Aznews.az" xəbər verir ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.

O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.