• Mahal
  • 15 May 14:32
  •  5 535

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

"Report"un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.

Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.