- Mahal
- 12:15
- 1 583
Beynəlxalq səyyahlar Ağdama səfər edib - YENİLƏNİB

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağa növbəti sə
APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Ağdam şəhərində avtomobil turundan sonra Ağdam Cümə məscidində olublar.
Qonaqlara Prezidentin xüsusi nümayəndəsinin əməkdaşı məscid haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dini abidə Ermənistan ordusu tərəfindən işğal dövründə dağıdılıb, qarət edilib. Həmçinin binanın içərisində donuz saxlanılıb. Şəhər işğaldan azad edildikdən sonra burada əsaslı restovrasiya işləri aparılaraq yenidən istifadəyə verilib.
Qeyd edək ki, səyyahlar Ağdam şəhərindən sonra Xankəndi şəhərinə yola düşüblər.
***
11:04
ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Ağdama səfər edib.
8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.
Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.
fəri çərçivəsində Ağdam şəhərində olublar.