- Mahal
- 12:57
- 1 438
Xocalının Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb
Oktyabrın 24-də Xocalı rayonunun Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç yola salınıb.
Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə - 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə - 24 nəfər köçürülüb.