- Mahal
- 09:28
- 1 600
Şərurda minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil "TIR"la toqquşub.
Nəticədə "Mercedes"in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.