Nepalda itkiş düşən təyyarənin qalıqları tapılıb. Nepalda itkiş düşən təyyarənin qalıqları tapılıb.

Nepalda itən təyyarə tapıldı - 20-dən çox ölü (Yenilənib)

Nepalda itkiş düşən təyyarənin qalıqları tapılıb.


AzNews.az xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb.

Nepal turizm nazirinin verdiyi məlumata görə, təyyarədə olan bütün sərnişinlər həlak olublar.

Hava limanının nümayəndəsi Pokhara Dipak Baran da sağ qalanlar barədə məlumatın olmadığını bildirib: "Əldə etdiyimiz məlumata görə, təyyarənin göyərtəsində sağ qalan yoxdur. Bu yüksək dağ zonasıdır. Təyyarənin böyük bir hissəsi yanıb".

***
10:27

Nepal dağlarında təyyarə yoxa çıxıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, "Tara Airlines" avia şirkətinə məxsus təyyarə ilə əlaqə artıq bir neçə saatdır ki, kəsilib. "Twin Otter" təyyarəsinin göyərtəsində 3 heyət üzvü və 18 sərnişin olmaqla ümumilikdə 21 nəfər olub. Onların arasında Çin və Küveyt vətəndaşı da var.

Görüntünün zəif olmasına görə təyyarənin dağlarda qəzaya uğradığı ehtimal olunur. Təyyarənin axtarışına helikopterlər cəlb olunub. Lakin hava şəraitinin pis olması onların işini əngəlləyir.

Məlumat üçün bildirək ki, təyyarə Nepalda Ponkaradan Comsom şəhərinə uçurmuş. Şəhərlər arasındakı 50 km məsafəni təyyarə cədvəl üzrə 18 dəqiqəyə getməli olub.

Aydan AXUNDOVA