Tayvanın paytaxtı Taybeydə əvvəllər narkotikə görə həbsdə yatan bir nəfər günün günorta çağı 3 yaşlı qızın başını kəsib. Tayvanın paytaxtı Taybeydə əvvəllər narkotikə görə həbsdə yatan bir nəfər günün günorta çağı 3 yaşlı qızın başını kəsib.

Uşağın başını anasının gözü qarşısında kəsdilər

Tayvanın paytaxtı Taybeydə əvvəllər narkotikə görə həbsdə yatan bir nəfər günün günorta çağı 3 yaşlı qızın başını kəsib.


Azyaşlı velosipedlə Neyxa metro stansiyasına tərəf gedəndə naməlum şəxs ona yaxınlaşıb.

Yaxın məsafədə uşağını izləyən anası əvvəlcə elə başa düşüb ki, həmin adam velosipedi topanın üstünə çıxarmaq üçün kömək etmək istəyir. Kişi böyük ölçülü bıçağını çıxaranda isə artıq gec olub. Bu qəddarlığı törədən Van adlı kişini yaxınlıqdakılar saxlayaraq polisə təslim ediblər. qanlı bıçaq isə cinayət törədilən yerdə aşkarlanıb.

33 yaşlı Vanın əvvəllər ruhi problemi olduğu səbəbindən müalicə kursu keçdiyi bildirilib.

Atası isə deyib ki, oğlu heç yerdə işləmədiyindən evdə otururmuş.


Modern.az