A-320 təyyarəsini qaçıran şəxsin kimliyi müəyyən olunub. A-320 təyyarəsini qaçıran şəxsin kimliyi müəyyən olunub.

Təyyarəni qaçıran şəxsdən qeyri-adi addım – Arvadına məktub atdı (Foto + Yenilənib)

A-320 təyyarəsini qaçıran şəxsin kimliyi müəyyən olunub.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, misir vətəndaşı İbrahim Samahadır. Misirin güc strukturlarından verilən məlumata görə, həmin şəxs Atlanta (ABŞ) universitetinin professorudur.

İddialara əsasən, İbrahim Samahanın təyyarəni qaçırmasının əsasında şəxsi motivlər var. Belə ki, onun keçmiş arvadı Kiprdə yaşayır. İ.Samahanın da təyyarəni bu səbəbdən qaçırdığı ehtimal olunur.



12:19
***

İbrahim Samaha təyyarədən keçmiş arvadı üçün məktub atıb.

AzNews.az yunan qəzeti "Vima"ya istinadən xəbər verir ki, təyyarəni qaçıran şəxs Kipr polislərinə məktub atıb. Polislərin həmin məktubu onun keçmiş arvadı kiprli Mariya Parasxuya çatdırmalı olduğu qeyd olunub.

Məlumata görə, məktub 4 səhifədən ibarətdir və ərəb dilində yazılıb. İbrahim Samahanın keçmiş arvadı artıq polislərin müşayiəti ilə hava limanına gəlib. O, hazırda keçmiş əri ilə danışmağa çalışır.

Aydan AXUNDOVA