- Köhnə - Dünya
- 15 Noyabr 2012 05:52
- 2 596
BMT qapalı görüş keçirəcək

İsrail dünən Qəzza zolağına qarşı irimiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyat Fələstin silahlılarının İsraili raket atəşinə tutmasına cavab tədbiri kimi nəzərdə tutulur. Artıq əməliyyat nəticəsində 10-a yaxın fələstinli öldürülüb. Onların arasında Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının hərbi qanadının şefi Əhməd əl-Cabari və bir körpə uşaq da var. Cavab atəşilə fələstinlilər 2 israillini yaralayıblar.
Bir sıra dövlətlər, o cümlədən Türkiyə İsraildən dərhal hərbi əməliyyatı dayandırmağı tələb ediblər. Misir artıq İsraildəki səfirini geri çağırıb, İsrailin bu ölkədəki səfirinə isə nota təqdim olunub. Misirin ən nüfuzlu ictimai-siyasi qüvvəsi olan "Müsəlman qardaşlar" islamçı hərəkatı İsrailin Qəzza zolağına hücumunu "əsl cinayət" elan edərək hökuməti Təl-Əvivlə münasibətləri kəsməyə çağırıb. ABŞ İsrailin hərbi əməliyyatına dəstək verib.
AzNews.az