Kabulun mərkəzində törədilən dəhşətli cinayət aktı nəticəsində yaralananların sayı 327 nəfərə yüksəlib. Kabulun mərkəzində törədilən dəhşətli cinayət aktı nəticəsində yaralananların sayı 327 nəfərə yüksəlib.

NATO qərargahı yanında partlayış – 20 ölü, 327-dən çox yaralı (Yenilənib 3)

Kabulun mərkəzində törədilən dəhşətli cinayət aktı nəticəsində yaralananların sayı 327 nəfərə yüksəlib.


AzNews.az France Press agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Yaralılardan çoxunun vəziyyəti ağır olaraq qiymətləndirilir", -deyə nazirliyin nümayəndəsi Məhəmməd İsmayıl Kavusi bildirib.

***
11:19

Əfqanıstanın mərkəzində baş verən terror aktı nəticəsində 200-dən çox insan yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat verib.

***
11:13

Əfqanıstanda baş verən güclü partlayış nəticəsində ən azı 40 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Yerli telekanal TOLO News-un məlumatına görə isə, partlayış nəticəsində 20-dən çox insan həlak olub. Əfqanıstanın Hama Press agentliyi isə ölü sayının 30-dan çox olduğunu bildirib.

Məlumat üçün bildirək ki, partlayış ABŞ səfirliyinin yaxınlığında baş verib. Səfirliyin yanında isə NATO-nun Əfqanıstandakı missiyasının mənzil-qərargahı, həmçinin bir neçə yüz metr məsafədə prezident iqamətgahı yerləşir.

Məlumata görə, partlayışa səbəb içərisində "kamikadze"nin olduğu bomba yüklü maşının partladılması olub. Baş verən terror aktına görə məsuliyyətli "Taliban" terorçu qruplaşması öz üzərinə götürüb. Bu barədə ekstremist hərəkatın "mətbuat katibi" Zabiulla Mücahid məlumat verib.

Hazırda hadisə yerinə çox sayda polis, eləcə də təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

***
09:51

Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, partlayış Kabuldakı ABŞ səfirliyinin yaxınlığında baş verib.

Əfqanıstan prezidenti Əşrəf Qani Kabulun mərkəzində baş verən partlayış zamanı ölən və yaralananların olduğunu bildirib.

Aydan AXUNDOVA