- Köhnə - Dünya
- 25 Aprel 2016 15:04
- 6 503
Rusiyanın NTV kanalında yayımlanan veriliş - Azərbaycana həsr olundu
Rusiyanın NTV telekalında yayımlanan “Поедем, поедим!” verilişinin növbəti buraxılışı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycana həsr olunub.
AzNews.az Mədəniyyət Nazirliyinə istinədən xəbər verir ki, verilişdə aparıcı Con Uorren neft vannası qəbul edib və əcəbsandal hazırlayıb.
Çəkilişlər Bakıda Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə və Naftalanda, Göygöl rayonunda aparılıb.
Qeyd edək ki, Nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı müxtəlif ölkələrin nüfuzlu kanallarında tanıtım filmləri, verilişlər yayımlanır.