- Köhnə - Dünya
- 17 Noyabr 2012 05:37
- 2 402
Prezidenti öldürmək istəyən əcnəbi terrorçular həbs edildi

Həbs olunanlar ABŞ, Fransa, Liviya və Tunis vətəndaşlarıdır.
Polisin məlumatına əsasən, terrorçular bir sıra dövlət və vacib infrastruktur obyektlərində terror aktları həyata keçirməyi planlaşdırıblar. Bundan əlavə onlar bəzi nüfuzlu şəxsləri, o cümlədən Misir prezidenti Məhəmməd Mursini qətlə yetirmək istəyiblər.
Bu terrorçuların sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücumda əlləri olduğu güman olunur. Həmin hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens və daha 3 amerikalı öldürülmüşdü.
AzNews.az