Bu gün minlərlə insan Mursi əleyhinə aksiya keçirəcək Bu gün minlərlə insan Mursi əleyhinə aksiya keçirəcək

Misirdə yeni inqilab dalğası -FOTO

Bu gün minlərlə insan Mursi əleyhinə aksiya keçirəcək



Misirdə prezident seçkilərindən sonra yeni inqilab dalğası ilə üz-üzə qalıb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün cümə namazından sonra minlərlə müsəlman aksiyalara qoşulacaq.

Aksiyalara səbəb isə, Misir prezidentinin öz səlahiyyətlərini artırmaq istəməsidir. İnsanlar isə, bu cür addımları fironluq dövrünə qayıtmaq kimi xarakterizə edirlər. Belə ki, prezident Mursi konstitusiya bəyannaməsinə əlavə dəyişikliklər etmək, prezidentin səlahiyyətlərini artırmaq və məhkəmə və qanunverici hakimiyyət üzərində hökmranlığa sahib olmaq istəyir.

Qeyd edək ki, ekspertlər də yaranmış vəziyyətdən narahatlıq ifadə edirlər və ölkədə yeni əks inqilabın mümkünlüyün istisna etmirlər.

Sadiq Musa
AzNews.az
image description image description image description image description