Dallasda afroamerikanların öldürülməsinə qarşı etiraz aksiyası zamanı iğtişaş baş verib. Dallasda afroamerikanların öldürülməsinə qarşı etiraz aksiyası zamanı iğtişaş baş verib.

ABŞ-da aksiya zamanı iğtişaş - 5 ölü, 12 yaralı (Yenilənib 2)

Dallasda afroamerikanların öldürülməsinə qarşı etiraz aksiyası zamanı iğtişaş baş verib.


AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 polis əməkdaşı güllələnib, daha 11 nəfər yaralanıb.

Polisləri öldürməkdə şübhəli bilinənlərdən biri dərhal təslim olub. Digər şübhəli isə uzun müddətli atışmadan sonra xüsusi təyinatlılar tərəfindən saxlanılıb.

Qeyd edək ki, aksiyalar bütün ABŞ ərazisində davam edir. Bu etirazlar 2 qaradərili ABŞ vətəndaşının Minnesota və Luiziana ştatlarında polis tərəfindən öldürülməsindən sonra başlayıb. Onlardan birinin maşını polis tərəfindən yoxlanmaq üçün saxlandıqdan sonra güllələndiyi bildirilir. Hər 2 ölüm faktı ilə bağlı istintaq aparılır.

Öz növbəsində ABŞ prezidenti Barak Obama amerikan polislərin qaradərililəri ağlara nisbətən 2 dəfə çox öldürdüklərini qeyd edib.

09:48
***


Dallasda baş verən atışmadan sonra saxlanılan şəxs şəhərdə bombalar yerləşdirdiyini bildirib.

AzNews.az xəbər verir ki, bu barədə CNN məlumat verib. Məlumata görə, saxlanılan şəxs şəhərin müxtəlif yerlərində bomba yerləşdirdiyini və daha çox polis əməkdaşının zərər çəkəcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Dallas üzərindən uçuşları təxirə salıb.

10:35
***


ABŞ-da iğtişaşlar nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı isə 12 nəfər olub. Polislə atışmaya çıxan üç nəfər saxlanılıb. İlkin ehtimala əsasən, daha bir etirazçı intihar edib.

Aydan AXUNDOVA