Gözlənilən APOKALİPSİS sayca 200-dür...

Tarix boyu dəfələrlə dünyanın sonu haqda proqnozlar verilsə də, onların heç biri doğru çıxmayıb. Hələ bir neçə əsr əvvəl İoann Toledski insanları təşvişə salaraq 1186-cı il sentyabrın 23-də dünyanın sonu olacağını bildirmişdi.

Apokalipsis nə Uilyam Bellin dediyi kimi 1761-ci il aprelin 5-də, nə də başqa bilicilərin təxmin etdiyi kimi 1843-cü il aprelin 28-də və ya 1945-ci il sentyabrın 21-də baş verdi.

"Guardian" nəşri dekabrın 21-də "dünyanın sonu"nu gözləyənlərə bildirir ki, son 2000 il ərzində ən azı 200 dəfə Apokalipsisin dəqiq tarixi müəyyən edilsə də, hər dəfə "qiyamət günü" nədənsə təxirə düşüb. Buna görə də nəşr insanları panikaya düşməməyə çağırır və bütün proqnozların yalan olduğunu bildirir.

Inci
AzNews.az