Müdafiə naziri istefaya göndərildi

Gürcüstanın baş naziri Bidzina İvanişvili müdafiə naziri İrakliya Alasaniyanı istefaya göndərib. Lent.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə nazirinin istefaya göndərilməsinin səbəbi açıqlanmır.

AzNews.az