- Köhnə - Dünya
- 2 Yanvar 2017 19:43
- 8 504
Türkiyədəki terrorla bağlı Qırğıstandan açıqlama

Qırığızıstan Xarici İşlər nazirliyi İstanbulun Ortaköy bölgəsində terror törədən şəxsin qırğızıstanlı olması ilə bağlı xəbərə münasibət bildirib.
AzNews.az "Associated Press"ə istinadən xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aiyman Kulukeyeva terroru törədən şəxsin qırğızıstanlı olması ilə bağlı xəbərin araşdırılması üçün İstanbuldakı konsulluğa təlimat verdiklərini açıqlayıb.
Kulukuyeva ilkin məlumatların şübhəli olduğunu, amma yenə də məlumatın dəqiqləşdirildiyini bəyan edib.