Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Reina” gecə klubunda terror törədən şəxsin kimliyinin məlum olduğunu açıqlayıb. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Reina” gecə klubunda terror törədən şəxsin kimliyinin məlum olduğunu açıqlayıb.

İstanbulda terror törədən şəxsin kimliyi məlum olub- Təfərrüatlar

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Reina” gecə klubunda terror törədən şəxsin kimliyinin məlum olduğunu açıqlayıb.

AzNews.az yerli KIV-ə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu həmin şəxsin axtarışları istiqamətində işlərin davam etdiyini bildirib. Mövlud Çavuşoğlunun sözlərinə görə, həmin şəxsin evində axtarışlar aparılır. Onun kimlərdən dəstək alması ilə bağlı araşdrımalar aparılır.

Türkiyə Polisinin apardığı araşdırmalardan sonra məlum olub ki, terrorçu ötən il ailəsi, həyat yoldaşı və iki uşağı ilə birlikdə təyyarə ilə Qırğızıstandan Türkiyənin Konya şəhərinə gəlib. Burda ailəsiylə birgə yaşamaq üçün bir ev kirayəyə götürüb. Terrorçunun Konyada əlaqələr qurduğu şəxslər artıq müəyyən edilib.

Hazırda polis tərəfindən saxlanılan terrorçunun arvadı hadisələrdən televizya kanalları vasitəsilə xəbər tutduğunu deyib. Buna baxmayaraq o, terrorçunun həqiqi adını polisə deməkdən imtina edir.