Bukinhem sarayının sakinlərinə gecələr iqamətgahın ətrafında gəzişmək məsləhət görülmür. Bukinhem sarayının sakinlərinə gecələr iqamətgahın ətrafında gəzişmək məsləhət görülmür.

Keşikçi az qala Britaniya kraliçasını öldürəcəkdi - Lənətə gələsən, Əlahəzrət - Foto

Bukinhem sarayının sakinlərinə gecələr iqamətgahın ətrafında gəzişmək məsləhət görülmür.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yuxusuzluqdan əziyyət çəkən II Yelizaveta gecənin bir yarısı gəzintiyə çıxıb. Kral qvardiyasının hərbi qulluqçusu gecə saat 3-də gözlənilməz qonaqla qarşılaşmalı olub. Qaranlıqda bağda gəzişən silueti görən keşikçi “Orda kim var?” deyə çağırıb, kraliça özünü tanıdanda isə keşikçi özünü itirib:

“Lənətə gələsən, Əlahəzrət, mən az qala sizi vuracaqdım.”

Qvardiyaçı artıq güman edirdi ki, belə hörmətsiz reaksiyaya görə onu cəzalandırıb işdən qovacaqlar. Lakin, kraliça öz günahını boynuna alıb.

Bu əhvalatı mətbuata keçmiş qvardiyaçı danışıb. O, insidentin nə vaxt baş verdiyini və qvardiyaçının adını gizli saxlayıb.