Elektromobillə səhraya gəzməyə getdi - Başına gözlənilməz iş gəldi - Foto

Amerikalı sahibkar Rayan Neqri texnologiyaya həddindən artıq güvəndiyindən, çıxılmaz vəziyyətə düşüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rayan yanvarın 14-də həyat yoldaşı ilə birlikdə Las-Veqasdan Red-Rok-Kanyona səfər etməyi planlaşdırıb. O, qarla örtülən dağın zirvəsində şəkil çəkdirməyi arzulayırmış.

Öz elektriklə çalışan Tesla avtomobili ilə yola çıxdıqdan sonra bilib ki, açarları evdə qoyub. Lakin, maşını smartfon vasitəsilə işə salmaq mümkündü.

Təxminən 10 km getdikdən sonra, Rayan nəzərdə tutduğu əraziyə gəlib çatıb. Gəzintidən sonra həyat yoldaşı ilə maşına qayıtsa da, Teslanı işə sala bilməyib. Çünki, həmin ərazidə mobil şəbəkənin siqnalı tutmur. O, unudub ki, səhrada siqnal tutmur, buna görə də maşın bloka düşüb.

Siqnal tutmaq üçün yoldaşı ilə 3 km-ə yaxın piyada gəzməli olub. Siqnalı tutduqda isə dostlarına kömək üçün zəng edib.

Başına gələn bu hal-qəzadan sonra Neqri Tesla Motors şirkətinə çağırış edərək, smartfonu mobil siqnaldan istifadə etmədən maşının işə salınması üçün yararlanmağın mümkün olmasını istəyib.

Stranded 6 miles from home, 2 miles from cell service; our Saturday morning. The thought was to go for a quick drive to take some photos of the freshly-fallen mountain snow. Having only my phone in my pocket, I unlocked and started the car with it, and we left. 6 miles down the road we decided to turn back, but before that, had to adjust Mozy & Millie's car bed, so I exited the vehicle...bad idea. Need to restart the car now, but, with no cell service, my phone can't connect to the car to unlock it. Even with cell service, the car would also need cell service to receive the signal to unlock. @amymnegri, the hero she is, started running to reach cell service height. After about 2 miles she reached signal and called a friend for a ride to the house to grab the key fob. The key that will always be with me (now) when I drive that car.

A photo posted by Ryan Negri (@ryannegri) on Jan 14, 2017 at 12:03pm PST