İngiltərənin paytaxtı Londonun meri Sadiq Xan 3 gün ərzində atmosfer çirkliliyi ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edib. İngiltərənin paytaxtı Londonun meri Sadiq Xan 3 gün ərzində atmosfer çirkliliyi ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edib.

Londonda hava çirkliliyi ilə bağlı - Xəbərdarlıq

İngiltərənin paytaxtı Londonun meri Sadiq Xan 3 gün ərzində atmosfer çirkliliyi ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, mer Sadiq Xan atmosferin əsasən şəhərin mərkəzi hissələrində, Temza çayının sahillərində çirkləndiyini bəyan edib. Bu xəbərdarlıq yaxın üç gün ərzində qüvvədə olacaq:

“Atmosfer çirklənməsi London əhalisinin səhhətinə mənfi təsir göstərə bilər. Biz əhalini xəbərdar etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik.”

Ekspertlərin proqnozlarına görə, yaxın üç gün ərzində Londonun 17 bölgəsində hava çirkliliyinin səviyyəsi normadan dəfələrlə artıq olacaq. Bu səviyyə ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusi ilə təhlükəlidir.