ABŞ vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq etdi - Yeni terror gözlənilir?

ABŞ Dövlət Departamenti vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən məlumatda artan terror aktlarına diqqət çəkilib, ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərq bölgəsinə getməkdən çəkinmək tövsiyə olunub.

Departament ABŞ dövlət məmurlarının İstanbul və Türkiyənin cənub-şərq regionlarına rəsmi səfərlərinə məhdudiyyət qoyub.

Məlumatda Türkiyədəki terror aktlarının böyük tədbirlər, turistlərin çox olduğu məkanlar, restoranlar, gecə klubları, ibadətgahlar və müxtəlif nəqliyyat mərkəzlərində həyata keçirildiyi, xüsusilə, xaricilərin hədəf alındığı qeyd olunub.

ABŞ vətəndaşlarına şəxsi təhlükəsizlik tədbirlərinə əməl etmək, yerli xəbər mənbələrini izləmək və hər an diqqətli olmaq məsləhət görülüb.

Aydan