İkinci dünya müharibəsindən qalmış yarım tonluq aviabomba partladıldı

Belqradda İkinci dünya müharibəsindən qalma 500 kq-lıq bomba məhv edilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Serbiyanın Daxili İşlər Nazirliyinin mina təmizləyən əməkdaşları şəhərin mərkəzində yarım tonluq aviabombanı partladıblar. Bomba Sava çayı sahilində yerləşən tikilinin ərazisində aşkar edilib.

Bombanın partladılmasından öncə əraziyə yaxın yaşayan şəhər sakinlərinə xəbərdarlıq edilib ki, pəncərələri bağlasınlar və pəncərələrdən uzaq dursunlar. Bundan başqa körpü və qonşu küçələrdə nəqliyyatın hərəkəti də məhdudlaşdırılıb. Təyyarə bombası uğurla zərərsizləşdirilib.