Şimali Koreya liderinin qardaşını nazirliyin işçiləri öldürüb - Şok ittiham

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölümünü təşkil edənlərin kimliyi məlum olub.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyadan olan deputatlar Namın ölümünün Şimali Koreya Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təşkil edildiyini iddia ediblər.

Ümumilikdə cinayəti törətməkdə Şimali Koreya vətəndaşı olan 8 nəfər şübhəli bilinir. Onlardan 4-ü Təhlükəsizlik Nazirliyində, 2 nəfər isə Daxili İşlər Nazirliyində çalışan məmurlardır.

Kim Çen Nam fervalın 14-də Kuala-Lampur hava limanında öldürülüb. İstintaq hesab edir ki, qeydiyyat üçün gözləyərkən onu bir qrup insan əhatəyə alıb. Bundan sonra bir qadın Namın başına zəhərə batırılmış yaylıq atıb.

Artıq cinayətdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Daha 4 nəfər axtarışa verilib. Malaziya polisi Şimali Koreya səfirliyinə onun əməkdaşını və Şimali Koreya milli hava limanının nümayəndəsini dindirmək üçün rəsmi sorğu ünvanlayıb.