Ermənistan Milli Məclisi növbəti iclasını təşkil etmək üçün kvorum toplaya bilməyib. Ermənistan Milli Məclisi növbəti iclasını təşkil etmək üçün kvorum toplaya bilməyib.

Erməni deputatlar Milli Məclisi boykot etdilər

Ermənistan Milli Məclisi növbəti iclasını təşkil etmək üçün kvorum toplaya bilməyib.

AzNews.az news.am-a istinadən xəbər verir ki, iclas üçün lazım olan 66 deputat yerinə sadəcə 34 deputat qeydiyyatdan keçib.

Ermənistan milli məclis spikerinin sədr müavini Eduard Şarmazanov bildirib ki, reallıqla barışmaq lazımdır: “Mən mayın 31-dək parlamentin hazırki tərkibi ilə iclas keçirməyə üstünlük verərdim. Lakin bu gün bizdə belə bir vəziyyətdir ki, hələ kvorum yoxdur. Mövcud reallıqla barışmalıyıq. Hazırda parlamentdə 66 deputatın iştirakı təmin olunmyıb. Biz Milli Məclisə rəhbərlik etməyə borcluyuq: əgər saat 15:00-a kimi kvorum təmin olunsa, işimizi davam etdirəcəyik. Əgər olmasa, yeni parlament seçkilərinə təşviqat kampaniyasına hazırlaşmağa başlayacağıq”.

Parlament seçkilərinə rəsmi təbliğat kampaniyası martın 5-də başlayacaq.

Aydan AXUNDOVA