- Köhnə - Dünya
- 2 May 2017 17:43
- 5 198
"Raketdən müdafiə sistemi ləğv edilməlidir" - Çin ABŞ-a ultimatum verdi
Çin Cənubi Koreyada yerləşdirilən Amerika Birləşmiş Ştatlarına məxsus raketdən müdafiə sisteminin ləğv olunmasını tələb edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin xarici işlər nümayəndəsi Qen Şuan ölkəsinin bu kompleksə qarşı olduğunu deyib.
“Cənubi Koreyada belə bir kompleksin yerləşdirilməsinə qarşı çıxır və prosesdə iştirak edən bütün tərəfləri bunu dayandırmağa çağırırıq. Heç şübhəsiz ki, öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atacağıq” – deyə çinli nazir qeyd edib.
Aprel ayının 28-sində Çinin xarici işlər üzrə rəhbəri Van İ dünya ictimaiyyətini Şimali Koreyaya qarşı hərbi müdaxilə etməkdən çəkinməyə və Pxenyanı nüvə silahından imtina etməyə çağırmışdı.
Donald Tramp isə elə həmin gün Şimali Koreya ilə yaşana biləcək ciddi münaqişə barəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ problemin sülh yolu ilə həllini istəsə də, bu olduqca çətindir. Onun sözlərinə görə, Çin lideri Si Tszinpin Koreya böhranının aradan qaldırılması üçün əlindən gələni etsə də, bunun gerçək olacağı mümkün görünmür.
Bəxtiyar Abbasov
AzNews.az