- Türkiyə
- 10:30
- 1 341
Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb, onlarla insan zəhərlənib

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.
Bu barədə “Report” “Hürriyet”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.
Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
AzNews.az