Qadın sevgilisindən gizlətdiyi 9000 dolları YEDİ

Kolumbiyada 28 yaşlı qadın birlikdə yaşadığı sevgilisi ilə bölüşmək istəmədiyi 90 ədəd 100 dollarlıq əskinası udub.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, bu pullar iki sevgilinin birgə yaşadığı müddət ərzində yığılıbmış. Dərhal xəstəxanaya çatdırılan qadını həkimlər xilas edə bilib və pulları qızın mədəsindən çıxarıb.

Yeyilmiş pulların isə cəmi 5,7 min dollarını xilas etmək mümkün olub. Qalan pulların yararsız hala düşüb.