85 yaşlı alpinist Everesti yenidən fəth edən zaman ölüb

Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, uğur qazanacağı təqdirdə dünyanın ən yüksək zirvəsini fəth etmiş ən yaşlı alpinist olacaqdı.

Şerxan Everestin ətəklərində baza düşərgəsində iqlimləşmə prosesindən keçib. O özünü çox yaxşı hiss edirdi və çətin relyefdə də 14-15 kilometr rahat keçə bilərdi.

Qeyd edək ki, Şerxan 2008-ci ildə Everesti fəth edərək ən yaşlı alpinist olub, lakin 2013-cü ildə onun rekordu 80 yaşlı yapon Yuiçiro Miura tərəfindən yenilənib.

AzNews.az