Amerikalı mediya maqnatı vəfat etdi

“FOX News” telekanalının banisi Rocer Eyls 77 yaşında dünyasını dəyişib.

AzNew.az xarici mətbuata istinadən xəbər verir ki, Eyls ötən ilə qədər kanalın icraçı direktoru vəzifəsində çalışırdı.

Xanımı Yelizabet hadisə ilə əlaqədar dərin kədər və təəssüf hissi keçirdiyini bildirib. Yelizabet onu vətənpərvər adlandırıb.

Eylsin rəhbərliyi “FOX News” qısa müddət ərzində reytinq toplayaraq beynəlxalq səviyyəli xəbər kanalına çevrilmişdi.

Lakin Eyls ötən il ona qarşı qaldırılan iddialardan sonra vəzifəsindən istefa vermişdi. Rocer Eyls 20-ə yaxın qadına qarşı cinsi zorakılıq törətməkdə ittiham olunurdu.

Bəxtiyar Abbasov

AzNew.az