Terroru İŞİD törədib - Məsuliyyəti üzərinə götürdü

Böyük Britaniyada törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD üzvləri terrorla bağlı sosial şəbəkələrdə video paylaşıblar. Silahlılar hadisəni bayram kimi qeyd ediblər.

Mançestr polisi hadisənin təfərrüatlarını araşdırmaqda davam edir. Polis hücumların davam edə biləcəyini açıqlayıb və insanları ehtiyatlı olmağa çağırıb.

Bəxtiyar Abbasov

AzNews.az