“Facebook” sosial şəbəkəsinin qurucusu “Harvard” universitetinin 366-cı məzuniyyət tədbirində hüquq doktoru dərəcəsini alıb. “Facebook” sosial şəbəkəsinin qurucusu “Harvard” universitetinin 366-cı məzuniyyət tədbirində hüquq doktoru dərəcəsini alıb.

Mark Zukerberq təhsilini başa vurdu

“Facebook” sosial şəbəkəsinin qurucusu “Harvard” universitetinin 366-cı məzuniyyət tədbirində hüquq doktoru dərəcəsini alıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq "Facebook" sosial şəbəkəsini yaratdıqdan sonra təhsilini yarımçıq qoymuşdu.

Zukerberq çıxışı zamanı tələbələri təkcə yeni iş yerləri deyil, eyni zamanda, yeni məqsədlər yaratmağa çağırıb.

“Biz qeyri-stabil bir dövrdə yaşayırıq. Bizi daxili dünyamıza sıxan təzyiq var. Bu dövrün mübarizəsidir. Azadlıq, aşkarlıq və qlobal cəmiyyət avtoritarlığa, təcrid və millətçiliyə qarşı..”

Zukerberq dünyanın 5-ci ən zəngin adamıdır. Onun sərvəti 62.3 milyard dollar təşkil edir.

Bəxtiyar Abbasov

AzNews.az