Rusiyanın paytaxtı Moskvada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, təxminən, 150 nəfər xəsarət alıb. Rusiyanın paytaxtı Moskvada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, təxminən, 150 nəfər xəsarət alıb.

Qasırğa nəticəsində ölənlərin sayı 16-a çatdı - Video

Rusiyanın paytaxtı Moskvada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, təxminən, 150 nəfər xəsarət alıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda 108 nəfər xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar arasında 22 uşaq var.

Hava bürosundan verilən məlumata görə, dünənki küləyin sürəti saniyədə 30 metrə çatıb.

Qasırğa nəticəsində 16 mindən çox ev işıqsız qalıb. Yerli rəhbərliklər 300-dən çox yaşayış məntəqəsində elektrik enerjisinin bərpası üçün gücləndirilmiş iş rejimində çalışırlar.

Hesablamalar görə, qasırğa 243 evin damını uçurub. 2 minə yaxın avtomobilə zərər dəyib.

Moskva meri Sergey Sobyanin qasırğa zamanı həlak olanların ailələrinə 1 milyon rubl veriləcəyini deyib.

Bəxtiyar Abbasov

AzNews.az