- Köhnə - Dünya
- 1 İyun 2017 22:41
- 4 390
Səudiyyə Ərəbistanında güclü partlayış baş verdi

Əl-Katif şəhərində “Mayas” bazarında güclü partlayış olub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, minalanmış avtomobil partladılıb.
Partlayış nəticəsində Səudiyyə Ərəbistanı hakimiyyətinin axtardığı 2 hərbçi ölüb. Onlar terror hadisəsi törətməkdə şübhəli bilinirdilər.
Partlayışdan öncə hərbçilər atəş açmağa başlayıb. Yaxınlıqda olan avtomobildəki turistlər qaçıb canlarını qurtara biliblər.