Kabildə kütləvi etirazlar başladı – Qarşıdurmalar yaşandı (Video)

Əfqanıstanın paytaxtı Kabildə hökumətə qarşı kütləvi etiraz aksiyası baş qaldırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, minlərlə etirazçı hökumətə qarşı çıxışlar edib.

Aksiya iştirakçıları prezident Əşrəf Qəninin istefasını tələb ediblər. Bir qrup fəal prezident sarayına yürüş etməyə çalışsa da, təhlükəsizlik qüvvələri buna imkan verməyib. Hərbçilər aksiyanı dağıtmaq üçün rezin güllələrdən istifadə ediblər.

Etirazların baş qaldırmasına səbəb iki gün əvvəl Kabildə törədilən terror aktı ilə bağlıdır. İŞİD qruplaşmasının diplomatik zonaya hücumu nəticəsidə 90-dan çox insan öldürülüb, 350-dən çox insan yaralanıb.

Fəallar Kabildə təhlükəsizlik səviyyəsinin yüksəldilməsini tələb ediblər.

Bəxtiyar Abbasov

AzNews.az