Fransanın Malidəki qoşunları İslama qarşı müharibə elan edib Fransanın Malidəki qoşunları İslama qarşı müharibə elan edib

Fransanın İslama olan “sevgisi“

Fransanın Malidəki qoşunları İslama qarşı müharibə elan edib



AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Misirdə fəaliyyət göstərən dini qruplaşma rəhbərlərindən biri Məhəmməd Əz-Zəvahiri bildirib.

Dünən Fransa jurnallarının birinə müsahibə verən Əz-Zəvahiri bildirib ki, Fransanın Malidəki hadisələrə qarışmağa və oradakı proseslərə müdaxilə etməyə heç bir hüququ çatmır.

"Biz Qərb dövlətlərinin niyə bu qədər müsəlman ölkələrinin işlərinə qarşımasını anlaya bilmirik. Əgər onlar sülhün yaradılmasına bu qədər maraqlıdırlarsa, o zaman onlar bizdən uzaq dursunlar. Fransanın Malidəki hadisələrə və xüsusən islam cəmiyyətinə olan münasibəti göz qabağındadır. Onlar müsəlmanları yox etmək istəyirlər",-deyə Zəvahiri müsahibəsində bildirib.

Məlumat üçün deyək ki, Məhəmməd Zəvahiri dünyada ən çox axtarılan terroçu Ayman Zəvahirinin qardaşıdır.

Aynur
AzNews.az