- İşin içi
- 16:20
- 1 776
Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb
Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,6 dəfə çox) 62 min 488 ədəd (+4,8 dəfə), Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 min 31 ədəd (-23 %), Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 min 903 ədəd (+69 %), Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 min 718 ədəd (+3,6 %), Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %) hibrid avtomobili alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.